17 aprel 2013 14:07

Naxçıvanda futbol klubu yaradılır

Yaxın vaxtlarda Naxçıvan Muxtar Respublikasında yenidən peşəkar futbol klubu fəaliyyətə başlayacaq. Azerisport.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov martın 18-də keçirilmiş müşavirə zamanı bu barədə tapşırıq verib.
 
Artıq Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası peşəkar klubun formalaşdırılması istiqamətində işlərə başlayıb. Yenə “Araz” adı altında fəaliyyət göstərəcək klubun nizamnaməsi hazırlanır və tezliklə Ədliyyə Nazirliyinə təqdim olunacaq. Komandanın növbəti mövsümdən Azərbaycan çempionatının I divizionunda iştirakı nəzərdə tutulub.
 
Mənbə bildirir ki, Naxçıvanda futbol klubunun bərpası istiqamətində işlərə bir müddət öncə Lent.az-da dərc olunmuş yazı da təkan verib. Həmin yazıda naxçıvanlı iş adamlarının digər klublara sponsorluq etdikləri halda, doğma regionda komandanın yaradılmasına maraq göstərməmələri vurğulanıb. Blokada şəraitində 500 minədək əhalinin yaşadığı Naxçıvanda futbol klubunun fəaliyyətinin siyasi cəhətdən də önəmli olacağı qeyd edilib.
 
Naxçıvan Muxtar Respublikası artıq 10 ildən çoxdur futbol üzrə Azərbaycan çempionatlarında təmsil olunmur. Halbuki, 1950-ci illərdə yaradılmış Naxçıvanın “Araz” klubu 1989-cu ilə kimi futbol üzrə SSRİ çempionatının 2-ci dəstəsində çıxış edib. SSRİ dağıldıqdan sonra “Araz” fəaliyyətini dayandırsa da, 2001-ci ildə yenidən formalaşdırılıb və Azərbaycan çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu, uzun çəkməyib. 2002-ci ildə komanda maliyyə problemləri üzündən dağılıb.
 
Naxçıvanın Gənclər və İdman Nazirliyinin mətbuat katibi Rafael Bünyatov Lent.az-a açıqlamasında bildirib ki, artıq Muxtar Respublikada peşəkar futbol klubunun yaradılmasına hazırlıq işləri gedir: “Bununla bağlı müvafiq qurumlara tapşırıqlar verilib. Növbəti yeniliklər barədə ictimaiyyəti məlumatlandıracağıq”.
 
Qeyd edək ki, “Xalq” qəzeti 19 mart sayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti, qarşıda duran vəzifələrlə bağlı keçirilmiş müşavirə barədə məqalə dərc edib. Həmin yazıya əsasən, müşavirədə Muxtar Respublikanın gənclər və idman naziri Azad Cabbarovla yanaşı, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev də iştirak edib. Ali Məclisin sədri Vasif Talıbov konkret idman növünün adını çəkməsə də, idmanın inkişafı istiqamətində əldə olunmuş nəticələrin daha da yaxşılaşdırılması məqsədilə fəaliyyətin gücləndirilməsi, buraxılmış nöqsan və çatışmazlıqlar aradan qaldırılmasının vacibliyini vurğulayıb. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.