17 aprel 2013 14:23
Ağasəlim Mircavadov: Con Toşak kuboku qazanmağı çox istəyir
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov vaxtilə çalışdırdığı “Xəzər Lənkəran”ın ölkə kubokunun yarımfinal mərhələsindəki şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis “Bakı” ilə qarşılaşacaq “ağ-yaşıllar”la bağlı bunları dilə gətirib:
“İstənilən məşqçi qalib gəlmək, titul qazanmaq istəyir. Güman ki, Con Toşak da bunu çox istəyir. Özü də qısa bir müddət ərzində. Yayda “Xəzər Lənkəran” güman ki, müəyyən transferlər də edəcək. Bunun sayəsində avrokuboklarda oynamaq olar. Mənə elə gəlir ki, Toşak kuboku qazanmağı çox istəyir. Amma bunun alınıb-alınmayacağı başqa söhbətin mövzusudu”.