17 aprel 2013 14:40
Vəli Qasımov: Yəqin AFFA məni yaddan çıxarıb
Xəbər verdiyimiz kimi, ötən günlərdə UEFA-nın Bakıda ilk dəfə təşkil olunmuş Pro kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq sertifikatlar təqdim olundu. Azerisport.az xəbər verir ki, sözügedən kurslarda bütövlükdə 10 mütəxəssis iştirak etmişdi.
Lakin sertifikatların təqdim olunduğu mərasimə onlardan yalnız səkkizi qatılmışdı. Qalan iki məşqçidən biri “Bakı” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Cüneyt Biçər, digəri isə Azərbaycan yığmasının sabiq məşqçisi Vəli Qasımovdu.
Əldə etdiyimiz məlumata görə, Cüneyt Biçər şəxsi işləri ilə əlaqədar Bakıya gələ bilməyib. Vəli Qasımovun isə kurslardan uğurla keçə bilmədiyini öyrəndik. Bunun səbəbini onun özündən də soruşduq. Qasımov yalnız bunları deməklə kifayətləndi:
“Mənə bu haqda heç nə deməyiblər. Sözügedən kurslarda yenidən iştirak edib-etməyəcəyimi bilmirəm. Yəqin ki, məni ümumiyyətlə yaddan çıxarıblar”.
“Mənə bu haqda heç nə deməyiblər. Sözügedən kurslarda yenidən iştirak edib-etməyəcəyimi bilmirəm. Yəqin ki, məni ümumiyyətlə yaddan çıxarıblar”.
