17 aprel 2013 15:25
“Hər iki komanda meydana yalnız gözəl oyun üçün çıxacaq”
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi
- Yəqin ki, mayın 1-də keçiriləcək azərbaycanlı və avropalı veteran futbolçular arasındakı yoldaşlıq oyunundan xəbəriniz var...
- Bəli, xəbərdaram. Onların bəziləri ilə tanışlığım da var. Məsələn, Çivadze, Zıqmantoviç, Buryak, Kuznetsovla. Hətta onlara qarşı oynamışam da. Yenidən belə futbolçularla Bakıda qarşılaşmaq çox böyük sevincdi. Azərbaycanlı futbolsevərlər də ulduz veteranların çıxışını izləmək imkanı qazanacaqlar.
- Nəticə sizin üçün önəmli olacaq?
- Nəticə önəmli deyil. Əsas oyundu. Əminəm ki, yığmamızın heyətində də ulduzlar olacaq. Nəticəni indidən proqnozlaşdıra bilmərəm. Amma onu bilirəm ki, hər iki komanda meydana yalnız gözəl oyun üçün çıxacaq.
- Maraqlıdı, keçmiş futbolçular bu yaşda necə oynayırlar?
- Unutmayın ki, şir elə qocalığında da şirdi.
- Unutmayın ki, şir elə qocalığında da şirdi.
- Axı necə də olmasa, bu yaşda oynamaq asan deyil...
- Bizə xoşdu. Rəqib heyətdə Jan Pyer Papen çıxış edəcək ki, onu qol kralı adlandırmaq olar. O, yəqin ki, bizə qol vuracaq. Vaxtilə o, çox yaxşı futbolçu olub. Lakin komandamız da öz gücünü göstərməyə çalışacaq.
- Bizə xoşdu. Rəqib heyətdə Jan Pyer Papen çıxış edəcək ki, onu qol kralı adlandırmaq olar. O, yəqin ki, bizə qol vuracaq. Vaxtilə o, çox yaxşı futbolçu olub. Lakin komandamız da öz gücünü göstərməyə çalışacaq.
- Avropalılara Berti Foqts rəhbərlik edəcək...
- Onların heyəti onsuz da güclüdü. Üstəlik, komandaya Foqts rəhbərlik edəcək. Hər halda maraqlı olacaq. Çoxlu qol olacağını gözləyirəm. Adətən belə oyunlarda çoxlu qol vurulur. Çox şadam ki, veteran futbolçular yenidən bir araya gələcəklər.
