17 aprel 2013 15:54
Yunis Hüseynov: Qarabağla Neftçinin şansları bərabərdi
“Karvan” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov “Neftçi” və “Qarabağ” arasında bu gün keçiriləcək kubokun ilk yarımfinal matçına dair fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Fikrimcə, hər iki komandanın şansları bərabərdi. İlk oyunda qazanılacaq uğur çox şeyi həll edə bilər. “Neftçi” üçün bu oyunda revanşa köklənmək lazım deyil. Çempionatdakı ardıcıl üç məğlubiyyəti unutmaq çox vacibdi. Onda “Qarabağ”la oyuna daha yaxşı köklənmək olar. İnanıram ki, bu qarşılaşma çox maraqlı və gərgin alınacaq”.