17 aprel 2013 16:42
AFFA rəsmisi FIFA-nın tədbirində
Bu gün İsveçrənin Sürix şəhərində, FIFA-nın mənzil-qərargahında "FIFA TMS konfransı - 2013" keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, FIFA-nın Beynəlxalq Transferlər üzrə yeniliklərinin müzakirə olunacağı tədbirdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev də iştirak edəcək.
