17 aprel 2013 17:45
Zaur Axundov: Azərbaycan iki klubla təmsil oluna bilər
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun azerisport.az saytına müsahibəsi
- Siz Konstantin Yeryomenko adına Birinci Avrasiya Kubokunun təşkilat komitəsində yer alsaz da, ölkəmizin bir nömrəli klubu – “Araz” həmin turnirə qatılmayacaq. Niyə?
- Bu turnirdə ölkənin ən yaxşı klubunun iştirakı vacib deyil. Heç kim bizdən bunu tələb etmir. “Neftçi” çempionatda yaxşı çıxış edir. Biz bu klubun rəhbərliyi ilə, AFFA rəsmiləri ilə məsləhətləşdik və belə qərara gəldik ki, ölkəmizi sözügedən turnirdə məhz “Neftçi” təmsil etsin. Hətta “Ekol”un da bu turnirdə iştirakını təklif etmişik.

- İkinci komanda kimi?
- Bəli. Azərbaycan bu turnirdə iki komanda ilə də təmsil oluna bilər. Hələ bu məsələləri yoluna qoymaq üçün vaxtımız çoxdu.

- Bəs “Araz”?
- İstisna deyil ki, növbəti mövsümlərdə “Araz” da çıxış etsin.
- AÇ-2014-ün final mərhələsinə vəsiqə qazanan yığmamızdan nə gözləyirsiz?
- Birinci növbədə onu qeyd etməliyəm ki, müəyyən kadr problemlərinə baxmayaraq, komanda AÇ-nin final mərhələsinə yüz faizli nəticə ilə çıxmağı bacardı. Yığmamız ardıcıl üçüncü dəfə qirə birinciliyi uğrunda mübarizə aparacaq. Komandanın qarşısına ən yüksək hədəflər qoyulacaq.

- Sizcə, indiki heyət buna qadirdi?
- Bizim hazırlıq üçün 7-8 aylıq vaxtımız var. Yayda yığmanın toplanışı olacaq. Fikrimcə, noyabra qədər yaxşı komanda formalaşdıra biləcəyik.

- Artıq neçə ildi yığmanın heyəti demək olar ki, dəyişməz olaraq qalır. Nə vaxt komandamızda yeni, gənc yerli futzalçılar görəcəyik?
- Biz bu məsələ ilə məşğul oluruq. Yığmaya cəlb olunacaq 4-5 yeni oyunçu var. Yayda onları da yığmanın toplanışlarına dəvət edəcəyik.

- Bəs onların heyətə düşmək şansları nə dərəcədə yüksəkdi? Axı komandamızın heyətində braziliyalılar çoxdu...
- Bunu artıq zaman göstərəcək. Çox şey onların özündən asılı olacaq. Hər halda onların komanda yoldaşlarından təcrübə toplamaq imkanı olacaq. Mən də çox istəyirəm ki, yığmamızın heyətində yeni yerli futzalçılar görək.