18 aprel 2013 18:50
Turan Kəpəzə, AZAL Rəvana qalib gəldi
Bu gün Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 27-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Səfərdə “Kəpəz”lə qarşılaşan “Turan” minimal hesablı qələbəyə sevinib. AZAL isə “Rəvan”ı məğlub yola salıb.
Turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək.
Əvəzedicilərin çempionatı
27-ci tur
18 aprel
Kəpəz – Turan – 0:1
Qol: Elmixan Məmmədov, 41.
AZAL - Rəvan – 1:0
Qol: Elmin Çobanov, 84.
