18 aprel 2013 20:04
Vəli Qasımov: Penalti yox idi, Flavinyo özünü cərimə meydançasından çöldə yerə atmışdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Vəli Qasımov ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Qarabağ” matçından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çox maraqlı oyun izlədik. Hər iki komanda bir-birinə layiqli rəqibdi. “Neftçi”nin 2:1 hesablı qələbəsi hələ heç nədən xəbər vermir. Hər şeyə cavab görüşündə aydınlıq gələcək. Penalti epizoduna gəlincə, təkrara baxmadan hansısa fikir yürütmək çətindi. Mənə elə gəlir ki, orda qayda pozuntusu yox idi. Özü də hər şey cərimə meydançasından kənarda baş vermşdi. Ona görə də penalti yox idi. Sadəcə, Flavinyo özünü ustalıqla yerə atdı və hakim penalti nöqtəsini göstərməyə tələsdi”.