19 aprel 2013 00:07
Kamran Ağayev: Elnuru “narkoman” adlandırmamışam
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın qapıçısı Kamran Ağayev “Xəzər Lənkəran”da çıxış edən keçmiş komanda yoldaşı Elnur Allahverdiyevlə aralarında yaranmış qalmaqala münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən Elnurla telefonla danışdım. Bizim aramızda heç bir problem ola bilməz. Futbolda bəzən artıq emosiyalar, əsəb olur. Ola bilər ki, o, həqiqətən də mənim haqda nəsə deyib. Mən də oyundan sonra çox məyus olmuşdum və jurnalistlərə müsahibəmdə bunu açıqlamışam. Lakin mənim sözlərim təhrif olunub. Mən onu “narkoman” adlandırmamışam. Elnur dindar oğlandı. Heç kim bizim münasibətlərimizi korlaya bilməz”.