19 aprel 2013 00:24
Azərbaycan yığması İtaliyada beynəlxalq turnirdə iştirak edəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək. Azerisport.az xəbər verir ki, turnir mayın 20-25-də keçiriləcək və müxtəlif yığmalar, klublar qüvvəsini sınayacaq.
Bu barədə məlumatı saytımıza müsahibəsində Arif Əsədov da təsdiqləyib: “Ötən il bu turnirdə “Barcelona” və “Juventus”un da gənclərdən ibarət komandaları iştirak edib. Bu dəfəki turnirin bütün iştirakçıları müəyyənləşməyib. Amma U-19 yox, daha böyüklərin də turnirə qatılması mümkündü”.
