19 aprel 2013 00:53
AFFA Neftçinin şikayətlərinə bu gün baxacaq
Bu gün AFFA Apelyasiya Komitəsinin növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, iclasda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin, eləcə də AFFA-nın bir sıra rəsmilərinin iştirakı da nəzərdə tutulub.
İclasda “Neftçi”nin şikayətində baxılacaq. Qeyd edək ki, Topaz Premyer Liqasının 25-ci turunun “Qarabağ”la oyunundan sonra paytaxt klubunun baş məşqçisi Böyükağa Hacıyevə 10, məşqçi Bəxtiyar Musayevə 5 oyunluq cəza verilmişdi. “Ağ-qaralar” İntizam Komitəsinin çıxardığı bu qərarların yüngülləşdirilməsini istəyir.
