18 aprel 2013 11:20
Rəşad Sadiqov: Qarabağa gec-tez qol vuracağımızı bilirdim
“Neftçi”nin kapitanı Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
- “Qarabağ” ilə son oyununuz haqda nə deyə bilərsiz?
- “Qarabağ” yaxşı komandadı. Top saxlamağı bacarır. Elə onlara son üç oyunda uduzmağımız çox şeydən xəbər verirdi. Buna baxmayaraq, biz bu oyuna futbol oynamaq, qələbə qazanmaq üçün çıxmışdıq. Bizim üçün bu komandanı keçmək, finala çıxmaq çox vacibdi. İlk oyundan sonra müəyyən üstünlük qazanmışıq. İndi bu üstünlüyümüzü cavab oyununda da qazanıb, finala vəsiqə əldə etməliyik.
- 0:1 hesabıyla geridə olduğunuz zaman ardıcıl dördüncü dəfə bu rəqibə uduzacağınızı düşünmürdünüz?
- Belə fikirlər var idi. Amma çalışırdım bu cür fikirləri yaxına buraxmayım. Çünki gec-tez qol vuracağımızı bilirdim.
- Belə fikirlər var idi. Amma çalışırdım bu cür fikirləri yaxına buraxmayım. Çünki gec-tez qol vuracağımızı bilirdim.
- 2:1 nə dərəcədə yaxşı nəticədi?
- Gözəl nəticədi. Ən azı hansı komanda ilə oynadığımızı nəzərə almaq yetərlidi.
- Gözəl nəticədi. Ən azı hansı komanda ilə oynadığımızı nəzərə almaq yetərlidi.
- Çox aqressiv və kobud oyun olsa da, futbolçular arasında heç bir gərginlik olmadı...
- Mənə elə gəlir ki, həmişə belə də olmalıdı. Hər iki komandanın futbolçuları bir-birini yaxşı tanıyırlar. Belə olan halda xoşagəlməz olaylardan qaçmaq daha asan olur.
- “Neftçi” cavab matçının favoritidi?
- Çalışacacağıq ki, cavab oyununda da qələbə qazanaq. Biz onlara üç oyun idi uduzurduq. Bu dəfə uğursuz seriyaya son qoyduq. Bu, bizim üçün çox vacib idi.
- Çalışacacağıq ki, cavab oyununda da qələbə qazanaq. Biz onlara üç oyun idi uduzurduq. Bu dəfə uğursuz seriyaya son qoyduq. Bu, bizim üçün çox vacib idi.
- Qarşıda sizi “Qəbələ” ilə çempionat oyunu və “Qarabağ”la kubokun cavab görüşü gözləyir. Qısa zaman kəsiyində belə rəqiblərlə qarşılaşmaq çətin olmayacaq?
- İstənilən halda oynamalıyıq. Çünki bu, çox vacib dövrdü. Bütün mövsüm ərzində çəkdiyimiz əziyyti bu qısa zaman kəsiyində əldən verməməyə çalışmalıyıq.
- İstənilən halda oynamalıyıq. Çünki bu, çox vacib dövrdü. Bütün mövsüm ərzində çəkdiyimiz əziyyti bu qısa zaman kəsiyində əldən verməməyə çalışmalıyıq.
- Böyükağa Hacıyevin 10 oyunluq cəzalanması sizə əlavə problemlər yaratmayacaq ki?
- Əlbəttə, biz müəyyən çətinliklər duyacağıq. Amma ümid edirəm ki, bu, nəticəyə təsir göstərməyəcək.
- Əlbəttə, biz müəyyən çətinliklər duyacağıq. Amma ümid edirəm ki, bu, nəticəyə təsir göstərməyəcək.
