19 aprel 2013 01:15
Nazim Süleymanov: Elnurla Kamran digər futbolçularımıza nümunə olmağa çalışmalıdı
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov “Bakı”nın qapıçısı Kamran Ağayevlə “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevin arasındakı qalmaqalla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən Allahverdiyevlə Ağayev arasında nə baş verdiyindən xəbərdaram. Birincisi, Kamran vaxtilə Lənkəranda oynayıb və bu komanda ilə çempion olub, kubok qazanıb. Öz xidmətlərinə görə də layiq olduğu pulu qazanıb. Ona görə də burda heç kimin heç kimə borcu yoxdu. Hansısa futbolçunu komandasını dəyişməsinə görə də qınamaq olmaz. Elnurla Kamran mətbuat vasitəsilə söhbətləşməyə son qoymalıdı. Onlar başqa futbolçularımıza nümunə olmağa çalışmalıdı. Çünki hər ikisi Azərbaycan yığmasının üzbləridi”.