18 aprel 2013 12:55
Qəbələ Futbol Akademiyası üçün yeni direktor (FOTO)
“Qəbələ”nin Futbol Akademiyasının yeni direktoru nəhayət ki, müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu posta gözlənildiyi kimi, Hollandiyanın “Feyenoord” klubunda çalışmış Stenli Brard gətirilib. Onunla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, bu mütəxəssis daha çox Hollandiyanın “Feyenoord” klubunun futbol akademiyasındakı fəaliyyəti ilə tanınır. O, ölkəsinin gənc istedadları üzə çıxarmaq üzrə ən aparıcı mütəxəssislərindən hesab olunur. O, demək olar ki, 20 ilini bu kluba həsr edib – 10 il futbolçu kimi, 10 il də haqqında danışdığımız fəaliyyəti ilə.
Xatırladaq ki, “Qəbələ” Futbol Akademiyasına bundan öncə türkiyəli mütəxəssis Əli Yavaş rəhbərlik edirdi. Amma onun gedişindən sonra bu post boş qalmışdı.
