19 aprel 2013 20:00
Beş qolluq derbidə AZAL güldü, Kəpəz Turana da uduzdu (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Turun açılış matçında “Kəpəz” “Turan”la üz-üzə gəlib. Tovuz klubu minimal hesablı qələbə sevinib.
AZAL isə paytaxt derbisində “Rəvan”la qarşılaşıb və çətinliklə də olsa, qələbə qazanıb.
Topaz Premyer Liqası
27-ci tur
19 aprel (cümə)
KƏPƏZ – TURAN - 0:1 (0:0)
Qol: S.Ballo, 51 (0:1)
Bakı. “Dalğa Arena”.
Oyun başladı
Nominal meydan sahibləri görüşə daha fəal başlayıblar
Komandalar qol vəziyyəti yaratmaqda çətinlik çəkirlər
Ballo hesabı açmağa yaxın olsa da, həlledici zərbəsi dəqiq olmur
"Turan" getdikcə fəallığı artırır
Ballonun cərimə zərbəsi təhlükəli olsa da, qol gətirmir
Oyun bir qədər sakitləşib
Birinci hissə başa çatdı
İkinci hissə başladı
51. Ballo dəqiq zərbə ilə hesabı açır - 0:1
Ballonun daha bir zərbəsi bu dəfə uğursuz alınır
"Turan" topa daha çox nəzarət edir
Sepiaşvili Kərimovla üz-üzə qalsa da, şansını boşa verir
"Kəpəz"in qapısı qarşısında daha bir təhlükəli vəziyyət yaransa da, hesab dəyişmir
Matç başa çatdı
KƏPƏZ: 1. Ramil Kərimov, 4. Məhərrəm Müslümzadə, 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 10. Zaur Əsədov, 11. Fərid Quliyev, 15. Şahin Kərimov (k), 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 5. Mətləb Məmmədov, 9. Alan Soltanov, 14. Elxan Əzizov, 20. Emin Əliyev, 23. Ravil Müslümov.
TURAN: 1. Kamal Bayramov (k), 2. Dmitri Pospelov, 4. Vüqar Bəybalayev, 8. Budaq Nəsirov, 10. Ender Günlü, 11. Salif Ballo, 13. Nikoloz Maysuradze, 16. Əbülfət Abbasov, 21. Elşad Manafov, 25. Antonio Rukavina, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 28. Andrey Popoviç, 5. Vasif Rzayev, 6. Mikayıl Rəhimov, 9. Murad Ağakişiyev, 20. David Janalidze, 22. Rəşad Hacızadə, 23. İrakli Beraya.
AZAL – RƏVAN - 3:2 (1:0)
Qollar: F.Nildo, 8 (1:0), C.Oluremi, 60 (2:0), R.Abbasov, 73 (2:1), C.Oluremi, 89 (3:1)
Bakı. “AZAL Arena”.
Oyun başladı
Meydan sahibləri oyuna daha fəal başlayıblar
8. Nildo erkən qola imza atır - 1:0
İbekoyi daha bir qol vurmağa yaxın olsa da, əla şansı qaçırır
Kalonasın zərbəsi qapıdan yan keçir
Oyun meydanın mərkəzində keçir
İbekoyinin zərbəsi uğursuz alınır
Kalonasın zərbəsi qapının üstündən keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Rəvan" ikinci hissəyə daha fəal başlayıb
Qonaqlar topa nəzarət edir
AZAL isə əks-hücumlara bel bağlayır
60. Oluremi qonaqların qapısından ikinci qolu keçirir - 2:0
"Rəvan"ın futbolçuları qolun ofsayddan vurulduğunu iddia etsələr də, hakim qolu qeydə alır
"Rəvan"ın cəhdləri hələ ki, bəhrəsizdi
73. Nəhayət ki, Abbasov hesab arasındakı fərqi azaldır - 2:1
Tağıyevin zərbəsini qapıçı tutur
Barlay yaxın məsafədən qapıya dəqiq zərbə endirə bilmir
89. Oluremi komandasının üçüncü, özünün ikinci qoluna imza atır - 3:1
90+2. Lalayev hesab arasındakı fərqi yenidən minimuma endirir - 3:2
Matç başa çatdı
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Usim Nduka, 4. Xose Junior Ailton, 2. Xuan Fransisko, 32. Vladimir Boqdanoviç, 20. Branislav Arsenyeviç, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 17. Viktor İbekoyi, 16. Junior Nildo, 28. Con Oluremi.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 22. Ruslan Tağızadə, 23. Tural Nərimanov, 77. Saşa Yunisoğlu, 9. Elşən Məmmədov, 19. Orxan Səfiyaroğlu, 37. Andrius Veliçka.
RƏVAN: 1. Lukas Sapela, 4. Nodar Məmmədov, 8. Tural Axundov (k), 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Milas Adamoviç, 22. Tofiq Mikayılov, 25. Ayaz Mehdiyev.
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 9. Vüsal Qarayev, 11. Əli Əliyev, 15. Tural Cəlilov, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 28. Emin Mustafayev.
Turun digər oyunları: 20 aprel (şənbə) - İnter – Simurq, 21 aprel (bazar) - Bakı – Qarabağ, Neftçi – Qəbələ, Xəzər Lənkəran – Sumqayıt.
| 1 | Neftçi | 26 | 16 | 3 | 7 | 51 | 27 | +24 | 51 |
| 2 | Qarabağ | 26 | 13 | 9 | 4 | 36 | 23 | +13 | 48 |
| 3 | İnter | 26 | 13 | 8 | 5 | 30 | 18 | +12 | 47 |
| 4 | Simurq | 26 | 10 | 10 | 6 | 27 | 18 | +9 | 40 |
| 5 | Bakı | 26 | 7 | 14 | 5 | 28 | 19 | +9 | 35 |
| 6 | Qəbələ | 26 | 9 | 7 | 10 | 29 | 32 | –3 | 34 |
| 1 | AZAL | 27 | 11 | 9 | 7 | 43 | 29 | +14 | 42 |
| 2 | Rəvan | 27 | 10 | 4 | 13 | 38 | 41 | –3 | 34 |
| 3 | XL | 26 | 8 | 9 | 9 | 37 | 32 | +5 | 33 |
| 4 | Sumqayıt | 26 | 7 | 7 | 12 | 25 | 44 | –19 | 28 |
| 5 | Turan | 27 | 7 | 6 | 14 | 29 | 49 | –20 | 27 |
| 6 | Kəpəz | 27 | 2 | 4 | 21 | 14 | 55 | –41 | 10 |
Bombardirlər:
21 - Nikolas Kanales (Neftçi)
16 - Franko Nildo (AZAL)
13 - Xuan Manuel Varea (Rəvan)
11 - Riçard Almeyda (Qarabağ)
10 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
7 - Zohair Benouahi (AZAL), Baçana Sxadadze (İnter).
