18 aprel 2013 13:31

“Neftçini məğlub etməyi çox istəyirik”

“Qəbələ”nin müvəqqəti baş məşqçisi təyin olunan Luis Araqon komandasının durumundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Biz artıq iki həftədi məşq edirik. Komandada müəyyən şeyləri dəyişməyə ehtiyac var. Mən futbolçularımızdan topla daha çox işləməyi xahiş edirəm. Onların öz potensiallarını daha yaxşı açacaqlarına inanıram”.
 
İspaniyalı mütəxəssisin fikrincə, “Simurq” və “Bakı” ilə oyunlarda “Qəbələ”nin oyunçuları pis futbol sərgiləməyiblər: “Biz göstərdik ki, düzgün yoldayıq. Lakin təəssüf ki, “Bakı” ilə oyunda hakim qapımıza olmayan penaltini təyin etdi. Qonaqlar məhz bundan sonra hesabı bərabərləşdirdilər. Bu, penaltiyə səbəb olacaq toxunuş deyildi. Həmin epizodda “Bakı”nın oyunçusu daha kobud oynamışdı”.
 
Araqon heyətlə də bağlı danışıb: “Heyətdə bəzi zədəli oyunçularımız var. Əvəzedici komandadan dəvət olunan oyunçularımız da var. Fikrimcə, onlar zədəli oyunçularımızı əvəzləyəcək gücdədilər”.
 
“Qəbələ”nin ispaniyalı çalışdırıcısı hədəflərindən də danışıb: “Hələ avrokuboklara düşmək şansımız var və biz bu yolda səylərimizi davam etdiririk. Qarşıdakı turda “Neftçi”ni məğlub etməyi çox istəyirik. Dünən “Neftçi”nin “Qarabağ”la oyununa baxdım. Qeyd etməliyəm ki, bu oyunda da penalti yox idi. Hakimlərin bu cür qərarları çox ədalətsizdi”.
 
Araqon hələ “Qəbələ”dəki aqibəti ilə də bağlı dəqiq heç nə bilmir: “Mən bura əvəzedici komanda ilə işləmək üçün gəlmişəm. Rəhbərliyin qərarını gözləyirəm. Onlar harda çalışmağımı istəsələr, orda da işləyəcəm. Əsas olan “Qəbələ” üçün faydalı gənc oyunçular hazırlamaqdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.