18 aprel 2013 13:52
Qəbələ Neftçi ilə oyuna dörd itki ilə çıxacaq
“Qəbələ”nin hücumçusu Viktor Mendi Topaz Premyer Liqasının 27-ci turunun “Neftçi” ilə oyununu buraxmalı olacaq. Azerisport.az xəbər verir ki, buna səbəb onun zədələnməsidi.
Belə ki, Mendi ötən gün baş tutan komandanın son məşqində zədə alıb. Bu üzdən də onun qarşıdakı oyunu buraxacağı dəqiqdi.
Qeyd edək ki, “Qəbələ”də Mendidən əlavə də xeyli zədəli futbolçu var. Belə ki, Lorival Assis, Ceyhun Sultanov və Şəhriyar Xəlilov da eyni səbəbdən komandasına kömək edə bilmir.
