18 aprel 2013 14:35
“Bunun tək günahkarı Ramiz Məmmədov deyildi”
“Qəbələ”nin müdafiəçisi Deyan Kelhar komandasının Premyer Liqadakı şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bu qış Antalya toplanışında çox yaxşı nəticələr qazandıq, oyun sərgilədik. Özü də ciddi rəqiblərlə qarşılaşmalarda. Çempionatda da belə olacağını düşünürdük. Lakin təəssüf ki, çoxlu xal itirdik. Elə sonuncu “Simurq” və “Bakı” ilə oyunlarda qətiyyən bəxtimiz gətirmədi. Mən düşünmürəm ki, son uğursuzluqların tək günahkarı Ramiz Məmmədov idi. Biz bütöv bir komandayıq. Klubumuzdakı hər bir kəs bu nəticələrə görə cavabdehlik daşıyır. Hər şeyə rəğmən, bizim dördüncü yeri tutmaq şansımız var. Bunun üçün xeyli güc sərf etməliyik”.