18 aprel 2013 14:45
Qarabağ Anar Salmanovla Neftçiyə necə “ilişdi”?
Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi”yə 1:2 hesabı ilə uduzan “Qarabağ” hakimlikdən narazı qalıb. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi rəsmi saytında “ağ-qaralar”ın matçın baş hakimi Anar Salmanovun köməkliyi ilə qələbə qazandığını kinayəli şəkildə qeyd edib.
Derbini oxucularına canlı mətn şəklində təqdim edən Ağdam təmsilçisinin saytı yazını “Anar Salmanov – “Qarabağ” – 2:1” başlığı ilə çatdırıb.
Qeyd edək ki, “Neftçi” məğlub durumda olduğu vaxt Anar Salmanov 62-ci dəqiqədə “Qarabağ”ın qapısına şübhəli penalti təyin edib. Bundan qəzəblənən “Qarabağ” tərəfi referilərə etirazını fərqli şəkildə ifadə edib.
