18 aprel 2013 15:02

Rəşad Sadıqov: Neftçi ilə ilk oyunun nəticəsi pis deyil, amma...

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
 
- “Neftçi” ilə dünənki oyununuz barədə nə deyə bilərsiz?
- Meydanda bərabər mübarizə getdi. Hər iki komanda qalib gələ bilərdi. Rəqib komanda daha şanslı çıxdı və qələbə qazandı.
 
- Səfərdəki 1:2 hesablı məğlubiyyətdən sonra ev oyununda şanslarınızı necə qiymətləndirə bilərsiz?
- Fikrimcə, pley-off oyunu olmasını və hansı rəqiblə qarşılaşdığımızı nəzərə alsaq, 1:2 heç də pis nəticə deyil. Lakin digər tərəfdən hesabda önə keçdikdən sonra məğlub olmağımızı nəzərə alsaq, məyus olmamaq olmur. Həm də pis oyun keçirmədik. İstənilən halda bu məğlubiyyəti tez bir zamanda unutmağımız lazımdı. Üç gün sonra bizi “Bakı” ilə çətin oyun gözləyir.
 
- Bu gün hamı bu oyunda təyin olunan penaltidən danışır...
- Bu barədə danışmaq istəmirəm.
 
- Niyə?
- Sadəcə öz fikirlərimi açıqlamaq istəmirəm.

- Anar Salmanov penalti təyin edərkən siz başda olmaqla komanda yoldaşlarınızın ciddi etirazı ilə üzləşdi...
- (bir qədər fasilə verir) Danışılası söz yoxdu.
 
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra bildirdi ki, “Qarabağ”a cavab oyununda hücum etmək lazım gələcək ki, bu da onların xeyrinə olan amildi...
- Biz “Neftçi”yə qarşı bütün oyunlarda hücum futbolu sərgiləmişik. Lakin kubokun cavab görüşündə də əvvəlki görüşlərdəki kimi, çətin olacaq. Çünki bizə qol vurmaq lazım gələcək. Rəqibin heyətində sürətli futbolçular çoxdu. Buna baxmayaraq, biz Azərbaycan Kubokunun finalına çıxmaq istəyirik.
 
- Qarşıda sizi “Bakı” ilə çempionat, ardından “Neftçi” ilə kubok, ondan sonra yenə Premyer Liqa oyunu gözləyir. Belə ağır qrafik sizə çətinlik yaratmayacaq?
- Şübhəsiz ki, Çətin olacaq. Hər üç gündən bir oyuna çıxmaq həmişə çətin olur. Özü də bütün görüşlər çox vacib əhəmiyyət daşıyır və qətiyyən arxayınlaşmaq olmaz. Komandamız xarakter nümayiş etdirməlidi. Çalışacağıq ki, istədiyimiz nəticələri əldə edək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.