19 aprel 2013 00:36
Elhad Nəziri oynamadı, Petrolul 3 cavabsız qolla qalib gəldi (YENİLƏNİB)
Futbol üzrə Rumıniya Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin çıxış etdiyi “Petrolul” da finala çıxmaq üçün mübarizə aparır.
Həmyerlimizin komandası bu mərhələdə “Otelul” ilə mübarizə aparır. “Petrolul” bu rəqibə qarşı ilk oyununu səfərdə keçirib. Görüş qonaqların 3:0 hesablı qələbəsiylə başa çatıb.
Rumıniya çempionatının son turunda debüt matçına çıxmış Elhadın bu dəfə də şans qazanması istisna deyildi. Lakin baş məşqçi Kosmin Kontra onun xidmətindən yararlanmağa ehtiyac duymayıb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü aprelin 22-də “Petrolul”un meydanında keçiriləcək.
Rumıniya Kuboku
Yarımfinal (ilk oyun)
18 aprel
Otelul - Petrolul - 0:3
