18 aprel 2013 15:48
Fariz Nəcəfov: Biz Barcelona və Galatasaray metodunu sınadıq
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bəyan edib ki, onlar uşaq futbolunun inkişafında “Barcelona” və “Galatasaray” metodlarını sınasalar da, istədiklərini ala bilməyiblər. Azerisport.az xəbər verir ki, o, sözügedən məsələ ilə bağlı bunları dilə gətirib:
“Biz “Barcelona” və “Galatasaray” sxemlərini yoxlamışıq. İndi də Hollandiya metodunu sınamaq istəyirik. Görək, bu, bizim üçün nə dərəcədə faydalı olacaq. Ümid edirik ki, istədiyimizi ala biləcəyik. Məhz bu üzdən Brardın köməyinə ehtiyac duyuruq. Hər halda o, Hollandiyada çox böyük uğurlar qazanıb”.