18 aprel 2013 15:54
Qəbələyə hollandiyalı baş məşqçi gəlir?
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bəyan edib ki, komandanın yeni baş məşqçisi hollandiyalı mütəxəssis ola bilər. Azerisport.az xəbər verir ki, o, sözügedən məsələ ilə bağlı bunları dilə gətirib:
“İstisna deyil ki, yeni baş məşqçimiz hollandiyalı olsun. Hələ real namizəd yoxdu. Amma gələn həftə bu məsələni həll edəcəyik”.
