18 aprel 2013 16:22

Brard: Qəbələdə ot örtüyü Hollandiyadakından daha yaxşıdı

Azərbaycanda ilk futbol akademiyasının təməlini qoymaqla uşaq futboluna nə dərəcədə önəm verdiyini nümayiş etdirən “Qəbələ” Futbol Klubu sözügedən sahənin inkişafı istiqamətində daha bir addım atıb. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis, daha əvvəl “Feyenoord” Futbol Akademiyasının direktoru vəzifəsində çalışmış Stenli Brard “Qəbələ” Futbol Akademiyasının direktoru postuna təyin olunub. Brard ilə 3 illik müqavilə imzalanıb. Mütəxəssis növbəti mövsümdən vəzifəsinin icrasına başlayacaq. 
 
Bu gün Qəbələdə hollandiyalı mütəxəssis ictimaiyyətə təqdim olunub. Mərasimin açılışında klubun vitse-prezidenti Fariz Nəcəfov akademiyanın hədəfləri və Brard haqqında medianı məlumatlandırıb. Ardından isə yeni direktor ilkin təəssüratlarını bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:
 
- Gözəl sözlərə görə təşəkkürümü bildirirəm. Mən “Feyenoord” akademiyasındakı rəhbər işimi iyulun 1-dək davam etdirirəm. Gördüyümüz işlərin öhdəsindən tək gəlməmişəm. Burada olmağıma şadam. Növbəti 3 ildə Qəbələdə çalışacam. Sözügedən komandanıı seçməyimdə bəzi səbəblər var. İlkin görüşlərimizdə “Qəbələ”rəsmiləri elə ümidlə danışdılar ki, bu da məni həvəsləndirdi. İkincisi, onlar mənə bu işdə hər bir şərait yaradılacağına əmin etdilər. Burda şərait gələcək üçün çox yaxşıdır. Üçüncüsü, həmişə ölkəmdən kənarda işləməyi istəmişəm. Məşqçi heyəti ilə birlikdə bu uğurları əldə etmək istəyirəm. Ötən il 15 yaşlıların turnirində də Qəbələdə olmuşam. Bu turnir bizi yaxşı mənada təəccübləndirmişdi.
 
- Özünüzlə məşqçi gətirəcəksiz?
- İlk növbədə burda təhlillər aparacam. Ondan sonra buna qərar veriləcək. Məqsədimiz təkcə futbolçuların yox, eləcə də məşqçilərin təkmilləşdirilməsinə nail olmaqdır.
 
- Avropa klublarına “Qəbələ”dən futbolçular təklif olunacaq?
- Əsas məqsəd əsas komanda üçün futbolçu yetişdirməkdir. Əgər buna nail olsaq, o zaman onların ölkə xaricində çıxışını da təmin edə bilərik.
 
- Brard “Qəbələ”li futbolçuların nəyə qadir olduğunu ötən turnirdə görüb. Hansı məsuliyyətin altına girdiyinizi dərk edirsizmi? 
- Əvvəl oyunlarına baxmışam. Məndə çox gözəl təəssürat yaradıblar. Bizim üçün yaşı fərqi yoxdur. Harda yaxşı futbolçu varsa, biz onları seçəcəyik. Əsasən 14-15 yaşlılara daha çox üstünlük veriləcək.
 
- Yaponiyada 3 il işləmisiz. Burda da 3 il işləyəcəksiz. Bu müddətin olması sizin istəyinizdir?  
- Bizim rəhbərliklə birgə qərarımızdır.
 
- Bayaq dediniz ki, “Qəbələ”dəki infrastrukturu bəyəndiz. Məhz hansı cəhətlər xoşunuza gəldi ki, bunu Hollandiyadakı ilə müqayisə etmək olar?
- Hollandiya ilə müqayisə etdikdə Qəbələdəki ot örtüyü mənim gördüyüm ən gözəlidir. Yeni yataqxanalar haqqında da mənə deyilib. Bunları da fərqləndirə bilərəm. Ancaq mənim üçün əsas amil burda işləyən insanlardır. Onların təşkilatçılığıdır. Bu, sevindirici haldır.
 
- Futbolçuların təhsil məsələlərini necə tənzimləməyi düşünürsüz?
- Təhsilində uğurlu olan çalışacaq ki, futbolda da uğur qazansın. Və ya əksinə. Biz də çalışacağıq ki, bu məsələləri balanslaşdıraq. Əgər bu belə olsa, deməli həmin oyunçular ən yüksək futbolçulardır. Ancaq ola bilir ki, futbolçu futbolda yaxşı olsa da, təhsildə axsayır.
 
- Mayda “Feyenord” Qəbələyə beynəlxalq turnirdə iştirak etmək üçün gələcək. Siz isə həmin vaxt bu klubun akademiyasına rəhbərlik edəcəksiz. Maraqlıdır, siz hansı Akademiyanın tərəfində olacaqsız?
- Mən “Qəbələ”nin tərəfində olacam. Əsas yaxşı oyun göstərməkdir. “Qəbələ” uduzsa, amma yaxşı oyun göstərsə, məyus olmaram.
 
Dosye
Stenli Brard 24 oktyabr 1958-ci ildə İndoneziyanın paytaxtı Cakarta şəhərində anadan olub. Futbol həyatına Hollandiyada start verən Brard peşəkar futbolçu karyerasına 1978-ci ildə “Feyenoord” klubunda başlayıb. 1986-cı ilə qədər – 8 mövsüm sözügedən komandada top qovan Brard daha sonra karyerasını RKC və “Zvart Vit” kollektivlərində davam etdirib. 
Hollandiyalı mütəxəssis məşqçi karyerasına 1994-cü ildə “Kapelle” (Hollandiya) klubunda başlayıb. 1996-2000-ci illərdə Stenli Brard “Vitesse” (Hollandiya) komandasında məşqçi vəzifəsində çalışıb. 2000-ci ildə Brard “Den Haq” (Hollandiya) klubunun baş məşqçisi, 2001-ci ildə isə sözügedən kollektivin texniki direktoru vəzifəsinə təyinat alıb. 2002-2005-ci illərdə mütəxəssis karyerasını ölkə xaricində davam etdirib. Yaponiyaya yollanan Brard “Nagoya Grampus Eyt” Futbol Akademiyasının direktoru kimi fəaliyyət göstərib.  UEFA-nın Pro Lisenziyasına sahib olan məşqçi 2005-ci ildə Hollandiyaya dönüb və “Feyenoord” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin edilib. 
Brard klubun aşağı yaş qrupları ilə bir çox titula və mükafatlara sahib çıxıb. Mütəxəssisin rəhbərlik etdiyi “Feyenoord” Futbol Akademiyası 2010, 2011 və 2012-ci illərdə Hollandiyanın ən yaxşı akademiyası seçilib və Rinus Mixels Mükafatına layiq görülüb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.