18 aprel 2013 16:42
Öncə Qarabağla Neftçi, sonra XL-la Bakı
Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının başlama vaxtları açıqlanıb. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, cavab görüşləri aşağıdakı proqram üzrə keçiriləcək:
Azərbaycan kuboku
1/2 final (cavab oyunları)
24 aprel
Qarabağ – Neftçi
Bakı. T. Bəhramov adına Respublika stadionu, 17:00
Xəzər Lənkəran – Bakı
Lənkəran şəhər mərkəzi stadionu, 19:00
