18 aprel 2013 16:53

Kamran Ağayev ilə Elnur Allahverdiyev arasındakı qalmaqal böyüyür

“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev “Bakı”nın qapıçısı Kamran Ağayevlə aralarında yaranan qalmaqala münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Mən ona zəng etdim. Amma bildirdi ki, haqqımda elə sözlər deməyib. Əgər o, həqiqətən belə bir söz deyibsə, bu, ağır ittihamdı. Heç bilmirəm bu haqda nə deyim. Lakin mən heç kimə pislik etmək, kiminsə barəsində pis danışmaq istəmirəm. Digər tərəfdən də belə sözlərdən sonra susmaq olmur. Azı bu, kişiyə yaraşmaz. Mən də Kamran haqda çox şey deyə bilərəm. Axı bu, nəyə lazımdı”?
 
Maraq üçün xatırladaq ki, dünən ölkə kubokunun ilk yarımfinal matçı çərçivəsində Bakıda yerli "Bakı"nın qonağı olan "Xəzər Lənkəran"ın müdafiəçisi Elnur Allahverdiyevlə meydan sahiblərinin qapıçısı Kamran Ağayev arasında insident yaşanıb. Deyilənə görə, Elnur Kamranın ünvanına "Xəzər Lənkəran"ın çörəyi sənə haram olsun" ifadəsini işlədib. Allahverdiyevin bu sözlərindən bərk qəzəblənən Kamran açıqlamasında Elnurun ünvanına daha ağır ittihamlar səsləndirib: "Bu günə qədər danışmamışam, amma artıq danışacam. Belə olmaz. Mənə də çatdırdılar ki, Elnur saytların birində mənim haqqımda deyib ki, "Xəzər Lənkəran"ın çörəyi Kamrana haram olsun". Kakoy-nibud narkoman gəlib futbolçu olub.  Mən o komandada can qoymuşam, 6 ilimi verdim "Xəzər Lənkəran"la, çempion oldum, kubok qazandım. Amma bu gün məni söyürlər, təhqir edirlər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.