18 aprel 2013 17:08
Sumqayıtda Xəzər Lənkəranla oyun öncəsi şad xəbər
Topaz Premyer Liqasının növbəti turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, xeyli müddətdi zədəli olan Pərdis Fərcad-Azad və Can Akgün artıq məşqlərə başlayıb.
Hər iki futbolçu bu gün keçirilmiş iki tərəfli oyunda çıxış edib. Yüngül zədəsi olan Slavik Alxasov və Murad Doymuş isə fərdi məşqlərlə kifayətlənib. U-19-un heyətindən qayıdan Ruslan Nəsirli və Şamil Cəmaləddinov da artıq komandaya qoşulub.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu saat 19:00-da start götürəcək.
