18 aprel 2013 17:17
Klub direktorundan təbrik və təşəkkür
Tofiq Mustafayevin rəhbərlik etdiyi “İnter”in ehtiyat heyəti çempionatın 27-ci turu çərçivəsində keçiriləcək “Simurq”la oyuna hazırlaşır. Azerisport.az xəbər verir ki, ötən tur əvəzedici komanda “Qarabağ” üzərində 5:0 hesablı qələbə ilə fərqlənmişdi.
“İnter”in direktoru Natiq Məmmədov ikinci komandanın rəhbərliyi və futbolçularıyla görüşüb. N.Məmmədov kollektivi parlaq qələbə münasibətilə təbrik edib, qarşıdakı oyunlarda uğurlar arzulayıb və ehtiyat komandanın klub üçün əhəmiyyətindən danışıb.
Əvəzedici komandanın baş məşqçisi Tofiq Mustafayev xoş sözlərə görə komandanın direktoruna minnətdarlığını bildirib və əlavə edib ki, rəhbərlik etdiyi komanda ona olan ümidləri doğrultmaq niyyətindədi.
Qeyd edək ki, əvəzedici heyətlər arasında keçirilən Azərbaycan Çempionatında 27-ci turun oyunu sabah “Şəfa” stadionunda baş tutacaq. Oyun saat 16.00-da keçiriləcək.
