18 aprel 2013 17:23

Tahir Gözəl də “partladı”: Neftçiyə xəbərdarlıq edirəm

Dünən ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Qarabağ” səfərdə “Neftçi”ylə qarşılaşdı. Azerisport.az xəbər verir ki, Ağdam klubu Vüqar Nadirovun möhtəşəm qoluyla önə keçsə də, görüşü idarə edən Anar Salmanovun qondarma penalti qərarı hesabın bərabərləşməsinə şərait yaratdı.
 
Oyunboyu “Qarabağ”ın əleyhinə verilən qərarlarla müşaiyət olunan görüşdə sonuncu dəqiqədə vurulan qolla “Neftçi” 2:1 hesabıyla qalib gəldi. Daim komandasının yanında olan “Qarabağ”ın başqanı Tahir Gözəl də oyunu canlı izləyərək haqsızlığın birbaşa şahidi oldu. O, bu oyunla bağlı fikirlərini klub saytına bölüşüb:

“Dünən baş verənləri seyr etdikcə çox məyus oldum. Həqiqətən də çox üzüldüm. Həyatımda nadir hallarda belə üzülmüşəm. Penalti epizodunda 1 deyil, 2 qüsur var. Hakim penalti zamanı epiozda çox yaxın idi. Burda həm proses cərimə meydançasından kənarda baş verir, həm də açıq-aydın görünür ki, rəqib futbolçuya heç bir təmas yoxdu. Bir hakim bütün bunlara rəğmən belə qərar verirsə, mənim onun meydanı ədaləti qorumaq üçün çıxdığına şübhəm var. Səhərə kimi gözümə yuxu getməyib. Bu qədər çəkilən əziyyət bir fitlə puça getməməlidi. “Qarabağ”da hər kəs bu mövsüm üçün böyük əzmkarlıq nümayiş etdirir. Çempionluğa oynamaq böyük iradə və həvəs tələb edir. “Qarabağ” bu il heç bir zaman olmadığı kimi iradəsini ortaya qoyub. Bu il “Qarabağ”ın arzusu, motivasiyası, yanğısı ötən illərlə müqayisədə inanılmaz bir həddə gəlib çıxıb. Biz getdikcə mənən daha da böyüyürük. Daha böyük uğurlar qazanmaq iqtidarındayıq. Amma baxırsan ki, bütün çəkilən əziyyətlər, bütün mücadilə bir hakimin haqsız fitiylə hədər gedir. “Qarabağ”ın əldə etdiyi uğurlar meydanda tökülən alın tərinin hesabınadı. Mən komandamızın statistikasına baxıram: 3 gündən bir bu uşaqlar meydanda 11 km qaçırlar. Onların zəhmətini belə “qırmamalıydılar”.
 
Mən “Neftçi”ni “Qarabağ”la 1:1 bərabərə qalması münasibətiylə təbrik edirəm. Onlar üçün bu gözəl nailiyyətdi.  Mən penaltini qəbul etmirəm. Rəqibin vurduğu penaltinin futbolla heç bir əlaqəsi yox idi. Və bilsinlər ki, “Qarabağ” daima “Neftçi”nin əzəli rəqibi olacaq. Çünki, “Qarabağ” da “Neftçi” kimi tarixi keçmişi olan bir klubdu. Bunu hamı görür, bilir və biləcəklər. Bu, futboldu. Biz udmağı da, heç-heçə oynamağı da bacarırıq. Amma baş verən son olay dəhşətli, qəbuledilməzdi.  Bu gün gedib şəxsən AFFA-nın baş katibi Elxan Məmmədovla, PFL-in prezidenti Ramin Musayevlə görüşdüm. Hər 2 qurum rəhbərliyindən belə neqativ halların bir daha yaşanmaması üçün nələrinsə etmək lazım gəldiyini vurğuladım.  Sevindirici haldır ki, həm Ramin bəy, həm də Elxan bəy olayın ciddiyyətini qəbul edib və “Qarabağ”ın haqsızlığa uğradığını etiraf etdilər. Bildirdilər ki, məsələylə bağlı araşdırmalar davam edir. Əminəm ki, məsələylə bağlı futbol qurumları ən düzgün qərarı qəbul edəcəklər. AFFA və PFL düzgün və şəffaf çempionatın keçirilməsində maraqlıdırlar. Çünki, AFFA Azərbaycan futbolunun dünya çapında inkişafını  istəyir və bunun üçün çalışır.
 
Mən “Neftçi”yə xəbərdarlıq edirəm. Siz gələn həftə daha da iradəli, əzmkar “Qarabağ” görəcəksiniz. Biz sınmadıq. Əksinə baş verənlər bizi daha da motivasiyalı edib. İstənilən halda biz bütün Azərbaycana öz iradəmizi göstərəcəyik. Cavab görüşündə bütün gücümüz, ruhumuz, canımızla mübarizə aparacağıq. Görüşün nəticəsi nə olacaq bilmirəm. Bu, futboldu. Amma onu deyə bilərəm ki, bu görüşdə klub başqanı olaraq bu matça qədər heç vaxt göstərmədiyim iradəmi ortaya qoyacam.  Komandam da bilsin ki, bu matç mənə çempionluq, final  görüşü kimi qiymətlidi. Biz sübut etməliyik ki, axan çayın qarşısı bir daşla alına bilməz. Biz o daşı aşacağıq və hədəfimizə çatacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.