18 aprel 2013 17:37

“Mövsümün sonunadək heç kimə uduzmamağı qarşıya məqsəd qoymuşuq”

Ardıcıl 4 qələbə qazanan "Rəvan”ın "Kəpəz” ilə son matçının qəhrəmanı birmənalı olaraq Tofiq Mikayılov idi. Düzdür, həmin oyunda bütün futbolçular 3 xal üçün sona qədər döyüşdü. Amma fakt budu ki, məhz Tofiq Xuan Manuel Vareaya 2 məhsuldar ötürmə verdikdən sonra özü də fərqləndi. Bir sözlə, son matçda o, hesabına 3 məhsuldar xal yazmış oldu. Mikayılov məşqdən sonra klubun rəsmi saytına danışıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Komandadakı son durum, ab-hava necədir? Bu barədə nə deyərdin?
- Hər şey əladır, yüksək səviyyədədir. Ab-havaya söz ola bilməz. Ardıcıl qazandığımız 4 qələbə hamıya yaxşı mənada təsir edib. İnşallah bu seriyanı mövsümün axırına kimi davam etdirmək istəyirik. Ən azından mövsümün sonunadək heç kimə uduzmamağı qarşıya məqsəd qoymuşuq. Ümumiyyətlə, bütün oyunlara 3 xal qazanmaq istəyi ilə çıxırıq. AZAL ilə oyun da bu baxımdan istisna olmayacaq. Yəni meydana yalnız qələbə naminə çıxacağıq.
 
- AZAL ilə növbəti oyuna hazırlıq artıq başa çatdı. Hazırlıq necə keçdi?
- "Kəpəz”lə görüşdən sonra 2 gün dincəldik. Bu həftədən məşqləri bərpa etmişik. Gündə 1 dəfə məşq edirik. Amma meydanda imkan daxilində çox qalmağa, məşq etməyə çalışırıq. Havanın əlverişsiz olmasına baxmayaraq, uşaqlar səylə çalışır. Hamı fikrini konkret məqsədə - növbəti qələbəyə yönəldib. Düşərgədə böyük ruh yüksəkliyi var.
 
- İlin əvvəlində demək olar, oynamırdın. Amma son oyunlarda daim diqqət mərkəzində olur, yaxşı oyun sərgiləyirsən. Hətta "Kəpəz”lə son qarşılaşmada 2 məhsuldar ötürmə verdikdən sonra çox gözəl qol da vurdun...
- Oynamamağımla bağlı qərarı məşqçilər korpusu verirdi. Açığı, özümə də bəzən qaranlıq qalırdı ki, niyə heç meydana çıxmıram. Amma şansımı gözləməyi lazım bildim. Baş məşqçimiz Ramil müəllim şans verən kimi bundan məharətlə yararlanmağa çalışdım. Necə oynadığıma isə məşqçilər qərar verər. Ümid edirəm ki, onların etimadını doğrulduram.
 
- Bəs yaxşı nə baş verdi ki, əsas heyətin üzvünə çevrildin?
- Dediyim kimi, ilin əvvəlində oynamayanda da məşqlərdə can yandırır, formamı tam bərpa etmək istəyirdim. Başqa sözlə, şansımı gözləməyi üstün tutmuşdum. Verilən bütün tapşırıqları can-başla yerinə yetirirdim ki, əsas heyətə qayıdım. Elə indi də məşqlərdə yüksək səviyyədə hazırlaşıram. Yalnız belədə komandaya tam faydalı ola bilərəm. Görünür, məşqçilər ilin əvvəlində tam hazır olmadığımı düşünüb.
 
- Sənə doğma olan amplua sol cinah yarımmüdafiəçisi, insaydıdır. Amma son matçlarda bəzən səni tam fərqli mövqelərdə də görmüşük...
- Hər şey məşqçinin istəyindən, verdiyi tapşırıqdan asılıdır. Lazım olanda dayaq yarımmüdafiəçisi və sağ cinah müdafiəçisi mövqelərində də çıxış etmişəm. Univarsallığımın komandaya faydası dəyirsə, buna da sevinirəm.
 
- Bir qədər də "Kəpəz” lə son matçdan danış. 2 məhsuldar ötürmə verdin, gözəl qol vurdun...
- Rəqib ilk yarıda bizə öz futbolumuzu sərgiləməyə imkan vermədi. Dağıdıcılıq baxımından yaxşı işlədilər. Amma fasilədən sonra vəziyyəti nəzarət altına ala bildik. Bunda məşqçinin təlimatına uyğun olaraq irəlidəki futbolçuların tez-tez yerlərini dəyişməsi də öz rolunu oynadı. Şəxsən mən meydanın dərinliyinə çəkilib oynamağı daha çox xoşlayıram. İlk qol epizodunda fikir verdizsə, mərkəzdən topu müdafiəçilərin arxasına atdım. Varea da öz işini gördü. İkinci qolda əks-hücumu davam etdirdim. Vurduğum topa gəlincə, Adamoviç standart vəziyyətlərdən yaxşı asmalar edir. Amma bu oyunda onun bir neçə cəhdi nəticəsiz qalmışdı. Yaxınlıqda rəqibin heç bir futbolçusunun olmadığını görüb ondan ötürmə istədim. Sonrası isə texnika məsələsidir. Topa düzgün zərbə vurdum və baxımlı qol alındı.
 
- Səncə, bu qol aprelin ən yaxşı 5 qolu sırasına düşəcək?
 - Məncə, hə. Çünki doğrudan da yaxşı, baxımlı qol alındı. İnşallah "top-5”ə düşərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.