18 aprel 2013 18:01
Bu dəfə leysan altında (FOTO)
Topaz Premyer Liqasında 27-ci tur sabah keçiriləcək 2 oyunla start götürəcək. Azerisport.az xəbər verir ki, ilk oyun günündə baş tutacaq oyunlardan biri də "Rəvan”ın iştirakı ilə olacaq.
Komanda Şüvəlan qəsəbəsində yerləşən "AZAL Arena”da adıçəkilən klubun qonağı olacaq. İkinci "altılığ”ın liderlərinin qarşılaşması saat 18:00-da başlayacaq.
Artıq “Rəvan” oyuna hazırlığı başa vurub. Bu gün baş tutan son məşq güclü yağış, leysan altında olub. 1 saatlıq hazırlıqda futbolçular isinmə hərəkətlərindən sonra "kvadrat” oynayıb. Əsasən 1-2 toxunuşlu ötürmələr üzərində çalışan futbolçular məşqi müxtəlif nöqtələrdən qapıya zərbələr vurmaqla yekunlaşdırıb.
