19 aprel 2013 19:52
“Futbolçularımın gücü tükənib”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 27-ci turunun “Kəpəz” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunçular fiziki cəhətdən zəifdilər, futbolçularımın gücü tükənib. Müdafiənin mərkəzində gənc futbolçuları oynatdıq. 16-17 yaşlı futbolçular perspektivli sayıla bilər. 1991-1993-cü il təvəllüdlü futbolçular isə artıq özlərini göstərməlidirlər. Təəssüf ki, bacarmadılar, hətta son 20 dəqiqədə “Kəpəz” bizdən üstün oynadı. Komandanı gücləndirmək üçün güclü futbolçuları heyətə cəlb etməliyik. Bunun üçün də maliyyə məsələləri həll olunmalıdır. Çox çətin qələbə qazandıq”.
