19 aprel 2013 19:57
Mahmud Qurbanov: Bəziləri bunu anlamır
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 27-ci turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna tam heyətlə çıxa bilmədik, cəmi 17 oyunçumuz var idi. Hücumlarımızı əsasən sol cinahdan qurduğumuz üçün ilk hissədə Elvin Həsənəliyevin zədələnməsi pis oldu. Emin Əliyev isə zədədən təzə sağalıb, istədiyimiz fiziki durumda deyil. Qol buraxdıqdan sonra daha yaxşı oynadıq. Gənc futbolçular təcrübəlilərdən daha enerjili olmalıdırlar, lakin bəziləri bunu anlamır”.
