19 aprel 2013 20:45
“AZAL ilə görüşü də belə oyunlar sırasına aid edirəm”
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 27-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mövsüm ərzində 1-2 dəfə olur ki, oyun istədiyimiz kimi alınmır. Bugünkü oyunu da belə oyunlar sırasına aid edirəm. AZAL bu gün üstün oynadı. Lakin sevindirici haldır ki, biz öz oyunumuzu göstərə bilməsək də, rəqib qapısı ağzında yaratdığımız üç epizoddan ikisində qol vurduq”.
