19 aprel 2013 20:54
Vaqif Sadıqov: Bunun üçün müəyyən addımlar atacağıq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 27-ci turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 3:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəvan” iki top vurmadı, AZAL iki qol buraxdı. Təəssüf ki, səhvlər olur, davam edir. Səhvlərin gələcəkdə olmaması üçün müəyyən addımlar atacağıq. Rəqibin oyununu tam təhlil etmişdik. Pressinq tətbiq edib əks-hücumlarda rəqibi yaxalamağa çalışdıq. Yaratdığımız qol epizdolarından yalnız üçünü qola çevirə bildik”.
