19 aprel 2013 21:22
Neftçi üçün yeni hədəf – 50 oyun!
Mövsümün əvvəlində ilk olaraq avrokuboklarda mübarizəyə qoşulan “Neftçi” qrup oyunlarına qədər seçmə mərhələdə 6 oyun keçirib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində də rəqibləri ilə 6 oyuna çıxmış “Neftçi” təkcə avrokuboklarda bir mövsümdə 12 görüş keçirməklə rekorda imza atıb.
Bundan əlavə komanda Topaz Premyer Liqasında indiyə kimi 26 oyunda qüvvəsini sınayıb. Ölkə kubokunun yarımfinal mərhələsinə qədər isə flaqman rəqibləri ilə 4 dəfə üz-üzə gəlib. Üstəlik komandanın futbolçuları mövsüm ərzində mütəmadi olaraq milli komandaların heyətində meydana çıxıblar. Üç cəbhədə mübarizə aparmaqla indiyə kimi ümumilikdə 42 oyun keçirən “Neftçi” daxili çempionatda ilk pillədə qərarlaşıb.
Avrokubokların seçmə mərhələsi – 6 oyun
Avropa Liqasının qrup mərhələsi – 6 oyun
Topaz Premyer Liqası – 26 oyun
Azərbaycan kuboku – 4 oyun
“Neftçi” PFK mövsümün sonuna kimi oyun sayını 50-yə çatdıra bilər
