19 aprel 2013 11:16
Toşak Xəzər Lənkəranda islahatlara başladı
“Xəzər Lənkəran” futbol klubunun baş məşqçisi Con Bencamin Toşakın köməkçiləri sırasında yer alan Erik Roketa tutduğu vəzifədən azad olunub. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspan mütəxəssis 2012/2013 mövsümünün gedişində fiziki hazırlıq üzrə baş məşqçinin köməkçisi təyin olunmuşdu. Lakin Toşak onunla yola davam etmək istəməyib.
Bundan başqa baş məşqçinin qərarı ilə xorvat yarımmüdafiəçi Robert Alviz də klubun nizam-intizam kodeksini pozduğuna görə əsas komandadan uzaqlaşdırılıb.
