19 aprel 2013 11:48
Qarabağ – Neftçi matçının başlama saatı dəyişdirildi
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ” – “Neftçi” cavab oyununun başlama vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, bu qarşılaşmanın başlama saatı canlı yayımla əlaqədar olaraq dəyişdirilib. Beləliklə, 24 apreldə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
Xatırladaq ki, öncədən açıqlanan proqrama əsasən sözügedən qarşılaşma saat 17:00-da start götürməliydi.
