20 aprel 2013 00:26
Ruslan Abışov Rusiyadakı debütündən danışdı
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov Rusiya Premyer Liqasındakı ilk matçından danışıb. Azerisport.az xəbər verir ki, “Rubin”in əsas heyətində “Amkar”a qarşı oyunda (1:1) debüt edən futbolçumuz matçdan sonra bunları söyləyib:
“Mən bu anı çox gözləyirdim. “Rubin”in heyətindəki debüt matçıma Kazanda çıxmaq və komandamın qələbəsində pay sahibi olmaq istəyirdim. Amma hər şey elə alınmadı. Birinci hissədə biz çox yaxşı oynadıq. İkinci yarıda isə “Amkar”ın təzyiqlərinə dözmədik və qol buraxdıq. Əlbəttə, hamımız matçın nəticəsindən narazıyıq. Öz oyunumu analiz etmək istəmirəm. Bunun üçün məşqçilər var”.
