19 aprel 2013 12:30

Kamran Ağayev: Lənkəran səfəri məni qorxutmur

“Bakı”nın qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi
 
- Öncə, ölkə kubokunun ilk yarımfinal oyunu çərçivəsində “Xəzər Lənkəran” üzərində qazandığınız qələbə barədə fikirlərinizi bölüşərdiniz...
- Hər iki komanda üçün vacib oyun idi. “Bakı” daha yaxşı oyun sərgilədi və qələbəyə layiq idi. “Xəzər Lənkəran” isə zəif oynadı. Baxmayaraq ki, bu, onlara yaraşmır. Fikrimcə, ilk oyundan sonra bizim heç də pis olmayan üstünlüyümüz var. Lakin Lənkəranda bizi daha çətin sınaq gözləyir.
 
- Bəs şəxsən sizi?
- Məni Lənkəranda oynamaq qorxutmur. Bəzi insanların fikirləri də məni qorxuda bilməz. Öz işimlə məşğulam, başqalarının işinə qarışmıram. Ən pisi odu ki, indiyə qədər bircə dəfə də olsun fitnes kluba belə getməyən şəxslər indi futbolda çalışır.
 
- “Xəzər Lənkəran” azarkeşləri də sizə qarşı çox qəzəblidi...
Xeyr, bu, düz deyil. Mənə qarşı yalnız bir qrup azarkeş belə xoşagəlməz münasibət göstərməkdədi. Cənublu fanatlar mənim vaxtilə bu komandadakı çıxışımı da yaxşı xatırlayırlar. Bilirlər ki, mən yenə də peşəkar futbolçu olaraq qalmaqdayam. Klubunu dəyişmək hər bir futbolçu üçün normal bir şeydi.
 
- Bəlkə onlar sizin kimi bir qapıçının komandadan getməsi ilə barışa bilmirlər...
- Onlar narahat olmamalıdılar. Çünki “Xəzər Lənkəran”ın Orxan Sadıqlı kimi qapıçısı var. O, bu komandanın heyətində ən yaxşılardan biri idi. Orxanla birgə məşq etmişəm. İndi onun necə inkişaf etdiyini görmək mənim üçün çox xoşdu. Çünki bunda mənim də rolum var.
 
- “Xəzər Lənkəran”la son oyununuzun ardından nə baş verdi?
- Məbuatda yazılan bir çox məlumatlar tamamilə şayiə idi. Mən Elnur Allahverdiyevlə, Rahid Əmirquliyevlə dalaşmamışam. Bu haqda xəbərləri mən özüm də yalnız mətbuatdan oxudum. Məni sadəcə bəzi azarkeşlərin münasibəti üzdü. Başa düşə bilmirəm ki, onlar mənə qarşı niyə belə münasibət göstərirlər.
 
- Amma Allahverdiyevi “narkoman” adlandırdığınız bildirilir...
- Futbolda hər şey ola bilər. Məşqdə də insident ola bilər. Mən hətta məşqdə dava düşməsə, deyirəm ki, çox darıxdırıcı hazırlıq oldu. Mənə zəng etdilər və bildirdilər ki, Elnur haqqımda nələrsə danışıb. Bu üzdən də özümdən çıxdım. Amma mən Elnuru “narkoman” adlandırmamışam. Necə də olmasa, o, dindar oğlandı. Belə birisi narkotik maddə qəbul etməz. Həm də mümkündü ki, mən emosiyalara qapılmışam. Lakin yenə də elə sözlər işlətməyim mümkün deyil.
 
- Allahverdiyevlə danışmısız?
- Bəli. Bizim aramızda heç bir problem yoxdu. Əgər inanmırsızsa, onun özünə də zəng edə bilərsiz. Sadəcə, mənə bir şey maraqlıdı ki, bütün bunlar kimə lazımdı. Oyundan sonra mənim qonaq oyunçularla heç bir problemim olmayıb.
 
- “Xəzər Lənkəran” rəhbərliyi ilə görüşdünüz?
- Xeyr. Bu klubun rəhbərliyində iki şəxsi tanıyıram – onlar da Mənsimov qardaşlarıdı. Futbolçularla da dostam. Amma azarkeşlər... Bir də deyirəm ki, bu cür münasibət məni çox məyus edir. Çünki vaxtilə mən onlara görə hər şeyə hazır idim. İndi belə münasibətə layiq deyiləm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.