19 aprel 2013 12:53
PFL Azərbaycan Kubokunun təqdimat mərasimini keçirəcək
Peşəkar Futbol Liqası futbol üzrə Azərbaycan Kubokunun yeni dizaynını təqdim etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, yeni dizayn əvvəlki ilə müqayisədə bir qədər fərqli olacaq.
Amma hələ bununla bağlı yekun qərar verilməyib. Çünki hazırda bir neçə versiyaya baxış keçirilir. Onlardan hansına üstünlük veriləcəyi isə yaxın günlərdə açıqlanacaq. Mümkündü ki, yeni kubok aprelin sonlarında ictimaiyyətə təqdim olunsun.
