20 aprel 2013 20:44

İnter Simurqu darmadağın etdi (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında 27-ci turun növbəti oyunu keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə bir görüş baş tutub.
 
Mükafatlara iddialıların iştirakı ilə baş tutan görüşdə “İnter” “Simurq”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 5 qolluq qələbəsi ilə başa çatıb.
 
Topaz Premyer Liqası
27-ci tur
20 aprel (şənbə)
 
İNTER - SİMURQ - 5:0 (3:0)
Qollar: Y.Fomenko, 4 (1:0), D.Genov, 37 (2:0), Y.Fomenko, 45 (3:0), R.Mansuriv, 58 (4:0), D.Genov, 64 (5:0)
Bakı. “Şəfa” stadionu.
 
Oyun başladı
Hər iki komanda oyuna fəal başlayıb
Fomenko sol cinahdan ötürməni başla qola çevirir - 1:0
Mansurov ikinci qolu vurmağa çox yaxın olsa da, Fomenkonun ideal ötürməsini tora qovuşdura bilmir
"Simurq" topa sahib çıxa bilmir
Zaqatala klubunun cəhdləri hələ ki, bəhrəsizdi
"İnter" müdafiəyə diqqət ayıraraq, əks-hücum şansı axtarır
R.Ramaldanov oyunda ilk sarı vərəqənin müəllifi olur
Kandelakinin qola sevinməsinə son anda Petrkeviç mane olur
M.Bojiç də sarı vərəqə ilə cəzalanır
Popoviç sarı vərəqə alır
Bu zaman hakimə yaxınlaşan Bojiç də sarı vərəqə alır. Bu, onun ikinci sarı vərəqəsi olduğundan meydandan qovulur. Halbuki, Bojiç heç bir sərtlik etmədiyi üçün onun meydandan qovulması çox anlaşılmaz qərardı
S.Zərgərov da sarı vərəqə aldı
Genovun qapıya hiyləgər zərbəsi qarşısında Petrkeviç də aciz qalır - 2:0
Eyyubovun hesab arasındakı fərqi azaltmasına R.Poladov mane olur
Fomenko iti bucaq altında qapıya dəqiq zərbə endirməklə özünün ikinci, komandasının üçüncü qolunu vurur - 3:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Popoviçi B.Soltanov, Burhardı isə Q.İbrahimov əvəzləyir
46. "İnter"də isə Fomenkonu İ.Ələkbərov əvəzləyib
54. Genovun zərbəsini qapıçı tutur
58. R.Mansurov cinah ötürməsini bir toxunuşla tora qovuşdurur - 4:0
63. B.Abdulay yerini G.Adamiyaya verir. Qeyd edək ki, bu, Adamiyanın uzun fasilədən sonrakı ilk oyunudu
64. Genov da dubla imza atır - 5:0
65. D.Zrnanoviç və S.Georgiyevski də sarı vərəqə alır
Qonaqlar artıq demək olar ki hücum etmirlər
Mansurov dubl etməyə yaxın olsa da, şansını boşa verir
Matç başa çatdı
 
İNTER: 96. Elşən Poladov (k), 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov, 9. Daniel Genov, 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 25. İbrahima Niasse, 30. Yuri Fomenko, 77. Ramil Mansurov.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 10. Georgi Adamiya, 28. Baçana Sxadadze, 29. İlqar Ələkbərov, 47. Abdulla Abatsiyev, 87. Cəmil Hacıyev, 91. Leonardo Roşa.
SİMURQ: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 9. Marçin Burxard, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 20. Rəşad Eyyubov, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 12. Tomislav Buşiç, 21. Murad Səttarlı, 27. Bəxtiyar Soltanov, 28. Nenad Kiso.
 
Turun digər oyunları: Kəpəz – Turan – 0:1, AZAL – Rəvan – 3:2. 21 aprel (bazar) - Bakı – Qarabağ, Neftçi – Qəbələ, Xəzər Lənkəran – Sumqayıt.
 
1 Neftçi 26 16 3 7 51 27 +24 51
2 İnter 27 14 8 5 35 18 +17 50
3 Qarabağ 26 13 9 4 36 23 +13 48
4 Simurq 27 10 10 7 27 23 +4 40
5 Bakı 26 7 14 5 28 19 +9 35
6 Qəbələ 26 9 7 10 29 32 –3 34
 
1 AZAL 27 11 9 7 43 29 +14 42
2 Rəvan 27 10 4 13 38 41 –3 34
3 XL 26 8 9 9 37 32 +5 33
4 Sumqayıt 26 7 7 12 25 44 –19 28
5 Turan 27 7 6 14 29 49 –20 27
6 Kəpəz 27 2 4 21 14 55 –41 10
 
Bombardirlər:
21 - Nikolas Kanales (Neftçi)
16 - Franko Nildo (AZAL)
13 - Xuan Manuel Varea (Rəvan)
11 - Riçard Almeyda (Qarabağ)
10 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
7 - Zohair Benouahi (AZAL), Baçana Sxadadze (İnter).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.