19 aprel 2013 19:49

Abışov debüt matçında 90 dəqiqə oynadı (YENİLƏNİB)

Bu gün futbol üzrə Rusiya Premyer Liqasında 25-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” “Amkar”ın qonağı olib.
 
Baş məşqçi Kurban Berdıyev nəhayət bu oyunda Ruslan Abışova da şans verib. Əsas heyətdə meydana çıxan futbolçumuz yeni komandasında rəsmi debüt edib. Onun debütü bütövlükdə yaxşı alınıb. Baxmayaraq ki, komandası son dəqiqələrdə qələbəni əldən verib.
 
Qeyd edək ki, “Rubin” 25 turdan sonra turnir cədvəlində 41 xalla 5-ci yeri tutur.
 
Rusiya Premyer Liqası
24-cü tur
19 aprel
 
Amkar – Rubin - 1:1
Qollar: Kanunnikov, 83 - Rondon, 26.
 
Oyun başladı
Berdıyev yığmamızın üzvünü müdafiənin sol cinahında meydana buraxıb
"Rubin"in 3 müdafiəçili sistemlə oynadığını da qeyd edək
19. Komandasının künc zərbəsi zamanı hücuma qoşulan Abışov topu başla qapıya göndərmək istəsə də, hədəfə düşə bilmir
26. Rondon əla ötürməni qolla tamamlayır - 0:1
Futbolçumuz geridə qalan yarım saat ərzində kifayət qədər təmkinli və səliqəli oyunu ilə diqqət çəkib
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Ruslan fasilədən sonra da səhvsiz oynamaqda davam edir
83. "Rubin"in qapısı qarşısında yaranmış qarışıqlıq zamanı Kanunnikova dəyən top tora daxil olur - 1:1
Matç başa çatdı
Futbolçumuz debüt matçında 90 dəqiqə meydanda oldu və heç də pis təsir bağışlamadı. Görüşün son dəqiqələri istisna olmaqla, millimizin üzvü matçı yüksək səviyyədə keçirdi. Baxmayaraq ki, bu, onun "Rubin"dəki ilk oyunu idi

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.