23 aprel 2013 00:55
Türkiyə çempionatı: 30-cu tura yekun vuruldu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Açılış matçında lider “Galatasaray” evdə “Elazığspor” ilə qarşılaşıb. Meydan sahibləri gözlənildiyi kimi, qələbəyə sevinən tərəf olub.
İkinci oyun günündə “Orduspor” “Kasımpaşa”ya uduzub. Səfərdə “Akhisar BS” ilə qarşılaşan “Beşiktaş” gözlənilməz darmadağınla üzləşib. “Karabükspor” isə “Mersin İdmanyurdu” ilə ev oyununda minimal hesablı qələbə qazanaraq, bu komandanın elitanı tərk etməsini rəsmiləşdirib.
Bazar günü “İstanbul BB” “Gaziantepspor”a uduzub. “Kayserispor”la “Sivasspor” xalları yarı bölüb. “Antalyaspor”un qonağı olan “Bursaspor” minimal hesablı qələbəyə sevinib. “Genclerbirligi” isə “Fenerbahce” ilə dueldən qalib ayrılıb.
Nəhayət, turun qapanış matçında “Eskişehirspor” “Trabzonspor”u qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsiylə bitib.
Türkiyə Super Liqası
30-cu tur
19 aprel
Galatasaray – Elazığspor – 3:1
Qollar: B.Yılmaz, 2, Droqba, 20; 26 – S.Gürler, 22.
20 aprel
20 aprel
Orduspor - Kasımpaşa - 0:2
Qollar: Uçe, 10; 42.
Akhisar BS - Beşiktaş - 4:1
Qollar: Gekas, 2; 28, U.Demirok, 74, E.Aladağ, 81 - M.Pektemek, 27.
Karabükspor – Mersin İdmanyurdu - 1:0
Qol: LuaLua, 74.
21 aprel
İstanbul BB - Gaziantepspor - 1:3
Qollar: Holmen, 70 - Kouemaha, 45, Şernas, 49, Traore, 83.
Kayserispor - Sivasspor - 1:1
Qollar: Muçe, 35 - M.Nas, 61.
Antalyaspor - Bursaspor - 0:1
Qol: Batalya, 73.
Genclerbirligi - Fenerbahce - 2:0
Qollar: A.Demir, 5, Fleminks, 41.
22 aprel
Eskişehirspor - Trabzonspor - 0:1
Qol: Myerzejevski, 5.
| 1 | Galatasaray | 30 | 18 | 8 | 4 | 58 | 31 | +27 | 62 |
| 2 | Fenerbahce | 30 | 16 | 7 | 7 | 50 | 32 | +18 | 55 |
| 3 | Beşiktaş | 30 | 13 | 10 | 7 | 56 | 46 | +10 | 49 |
| 4 | Bursaspor | 30 | 13 | 10 | 7 | 45 | 36 | +9 | 49 |
| 5 | Kasımpaşa | 30 | 13 | 7 | 10 | 44 | 32 | +12 | 46 |
| 6 | Genclerbirligi | 30 | 10 | 13 | 7 | 44 | 40 | +4 | 43 |
| 7 | Kayserispor | 30 | 12 | 7 | 11 | 41 | 41 | 0 | 43 |
| 8 | Trabzonspor | 30 | 11 | 7 | 12 | 32 | 33 | –1 | 40 |
| 9 | Antalyaspor | 30 | 12 | 4 | 14 | 43 | 45 | –2 | 40 |
| 10 | Eskişehirspor | 30 | 9 | 12 | 9 | 42 | 36 | +6 | 39 |
| 11 | Gaziantepspor | 30 | 10 | 9 | 11 | 37 | 46 | –9 | 39 |
| 12 | Sivasspor | 30 | 10 | 7 | 13 | 34 | 40 | –6 | 37 |
| 13 | Karaükspor | 30 | 10 | 7 | 13 | 37 | 46 | –9 | 37 |
| 14 | Akhisar BS | 30 | 9 | 8 | 13 | 29 | 39 | –10 | 35 |
| 15 | Elazigspor | 30 | 8 | 11 | 11 | 27 | 45 | –18 | 35 |
| 16 | İstanbul BB | 30 | 8 | 9 | 13 | 36 | 40 | –4 | 33 |
| 17 | Orduspor | 30 | 6 | 11 | 13 | 33 | 42 | –9 | 29 |
| 18 | Mersin İdmanyurdu | 30 | 4 | 9 | 17 | 29 | 47 | –18 | 21 |
