19 aprel 2013 14:43
Yığmamız Portuqaliya ilə yoldaşlıq oyunu keçirəcək
Futzal üzrə Azərbaycan və Portuqaliya milli komandaları arasında iki yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşmalar sentyabrın 17-də və 18-də Portuqaliyada təşkil olunacaq. Oyunların keçirilməsi ilə bağlı təklif Portuqaliya Futzal Federasiyası tərəfindən irəli sürülüb.
