19 aprel 2013 15:17
İki oyunun başlama vaxtı dəyişdi
Futbol üzrə Azərbaycan Birinci Divizionunda iki oyunun başlama vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, adları aşağıda göstərilmiş qarşılaşmalar saat 16:00-da yox, fərqli saatlarda keçiriləcək.
Digər oyunların başlama vaxtı 16:00-dı.
21 aprel (bazar)
“Bakılı” – “Şəmkir”
Hakimlər: Teymur Fərhadov, Həsən Babayev, Mirzə Fərzəliyev, Fuad Rəsulzadə
Hakim - inspektor: Rafiq Pənahpur, 17:00
“Lokomotiv” – “Göyəzən”
Hakimlər: Alik Yunusov, Elvin Ağayev, Hüseyn Əsgərov, Xəlil Xəlilov
Hakim – inspektor: Şamil Useynov, 12:00
