21 aprel 2013 18:00

Arif İsayevlə Rail Məlikov Denizlispora qələbə qazandırdı (YENİLƏNİB)

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası PTT Birinci Liqanın 31-ci turu çərçivəsində “Manisaspor” ilə qarşılaşıb.

Oyun rəqib meydanında keçirilirdi. Odu ki, həmyerlilərimizin komandasını çətin sınaq gözləyirdi. Lakin Dənizli klubu bu görüşdən qalib ayrılmağı bacarıb.
 
Bu görüşdə futbolçularımızın da iştirakı istisna deyildi. Yeni baş məşqçi Özcan Bizatinin debüt matçında futbolçularımız start heyətdə meydana çıxıblar. Lakin 90 dəqiqə meydanda olan Raildən fərqli, Arif 58-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Ariflə Railin komandası 31 oyuna 36 xalla 13-cü yerdə gedir.

PTT Türkiyə Birinci Liqası
31-ci tur
21 aprel
 
Manisaspor – Denizlispor - 0:1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.