19 aprel 2013 15:31
Arif İsayevlə Rail Məlikovun yeni baş məşqçisi müəyyənləşdi
Futbol üzrə Türkiyənin PTT Birinci Liqasında çıxış edən “Denizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra komandaya Özcan Bizati rəhbərlik edəcək.
Bu barədə məlumatı Dənizli klubunun rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, Bizati 2013-2014 mövsümünün sonuna qədər bu kluba rəhbərlik etməlidi.
Qeyd edək ki, iki azərbaycanlı futbolçunun – Rail Məlikovla Arif İsayevin çıxış etdiyi “Denizlispor”u buna qədər Selahettin Dervent çalışdırırdı. Amma son uğursuzluqların ardından o, istefa verməyə məcbur olmuşdu.
