21 aprel 2013 19:55
Yığmamızın hücumçusu 64 dəqiqə oynadı, komandası lider ola bilmədi (YENİLƏNİB)
Futbol üzrə Latviya çempionatında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi Lieapaya “Metallurg”u bu gün “Daugava” ilə qarşılaşıb.
Qeyd edək ki, qarşılaşma səfərdə keçirilib. Bu üzdən də həmyerlimizin komandasını çətin sınaq gözləyirdi. 90 dəqiqənin sonunda tərəflər 1:1 hesablı heç-heçəyə razılaşıblar.
Bu görüşdə Əsgərovun da forma geyməsi istina deyildi. Baş məşqçi əvvəlki oyunlarda olduğu kimi, millimizin üzvünə yenə start heyətdə şans verib. Amma o, 64-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Metallurg” hazırda 7 xalla üçüncü yerdə gedir.
Latviya çempionatı
4-cü tur
21 aprel
Daugava - Metallurg - 1:1
